Nə İsə

Miro

Xəyallarımız nə isə
Axı biz əl-ələ yaşayıb öləcəkdik, nə isə
Həyatı, ömrü yarıya böləcəkdik, nə isəHələ çox görüşüb, danışıb güləcəkdik, nə isə
Artıq sən təksən, üstünə xətt çək sən
Axı biz bir ömür yaşayıb sevəcəkdik, nə isə
Ayrılıb, barışıb geriyə dönəcəkdik, nə isə
Hansımız daha çox sevirik?
Görəcəkdik, nə isə
Artıq sən təksən
Qara qələmlə çəkirəm
Göyqurşağının bozaran rəngləri kimiyəm
Yalnızlığıma xəyanət etmişəm
Bilirəm ki, günahkar biriyəm
Əllərimiz bomboş, gözyaşlarımız daha donmuş
Boş ver, onsuz olanlar olmuş
Gedirik, yol görünür, dönüş yoxdur geriyə
Gedirsən, eybi yox, gedəcəyin yerə qədər aparım səni
Xətrim varmı?
O qədər yara var ki içimdə və sağalmaq üçün də səbrim qalmır
Ürəyim necə yandı, kül oldu
Gəl, qorxma, yaxın gəl günahını yandır
Yazdım, mahnılarda qaldın, dinləyicilərimin ahını aldın, nə isə
Axı biz əl-ələ yaşayıb öləcəkdik, nə isə
Həyatı, ömrü yarıya böləcəkdik, nə isə
Hələ çox görüşüb, danışıb güləcəkdik, nə isə
Artıq sən təksən, üstünə xətt çək sən
Axı biz bir ömür yaşayıb sevəcəkdik, nə isə
Ayrılıb, barışıb geriyə dönəcəkdik, nə isə
Hansımız daha çox sevirik?
Görəcəkdik, nə isə
Artıq sən təksən

Getdi qəlbim onda, bük kağızlara ki
Axı yolda qırılar, tökülər yaralı ürəyim
Qırılıb bir dəfə, şüşələr kimi həssas
İllər öncə bundan, hələ səni təzə sevirdi onda
"Olacaqmı?" - dedim, "Unudaqmı?" - dedim
Dəfələrlə desəm də, sevsə, qulaq asmaz