Popurri: Qaraxal Yar, Lalələr, Aman Ovçu, Dilin Can İncidəndir

İradə İbrahimova

Araxçının məndədir, qaraxal yar
Sərmişəm, çəməndədir, qaraxal yar
Aləm gözələ dönsə, qaraxal yarMənim gözüm səndədir, qaraxal yar
Mənim gözüm səndədir, qaraxal yar
Dan yeri ağaranda, qaraxal yar

Dan yeri ağaranda, qaraxal yar
Dan yeri ağaranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar

Araxçının haşımı, qaraxal yar
Tökmə gözün yaşını, qaraxal yar
Keçib gəlləm dağların, qaraxal yar
Qayasını, daşını, qaraxal yar
Qayasını, daşını, qaraxal yar
Dan yeri ağaranda, qaraxal yar

Dan yeri ağaranda, qaraxal yar
Dan yeri ağaranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar
Gözlə məni Aranda, qaraxal yar

Yazın əvvəlində Gəncə çölündə
Yazın əvvəlində Gəncə çölündə
Çıxıblar yenə də düzə lalələr, düzə lalələr
Yağışda islanan yarpaqlarını
Yağışda islanan yarpaqlarını
Səriblər çəmənə, düzə lalələr, düzə lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr

Meylim üzündəki qara xaldadır
Meylim üzündəki qara xaldadır
Hicranın əlacı ilk vüsaldadır, ilk vüsaldadır
Nə vaxtdır Bakımın gözü yoldadır
Nə vaxtdır Bakının gözü yoldadır
Bir qonaq gələsiz bizə lalələr, bizə lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr, lalələr
Lalələr

Aman ovçu, vurma məni
Mən bu dağın, ay balam, maralıyam
Aman ovçu, vurma məni
Mən bu dağın, ay balam, maralıyam
Maralıyam, mən yaralı
Ovçu əlindən, ay balam, yaralıyam
Maralıyam, mən yaralı
Ovçu əlindən, ay balam, yaralıyam
Ovçu əlindən, ay yarım, yaralıyam

Bu dağlarda maral gəzər
Əl-ayağın, ay balam, daşlar əzər
Bu dağlarda maral gəzər
Əl-ayağın, ay balam, daşlar əzər
Mən yarıma neyləmişəm
Yarım məndən, ay balam, kənar gəzər
Mən yarıma neyləmişəm
Yarım məndən, ay balam, kənar gəzər
Yarım məndən, ay balam, kənar gəzər

Dişlərin incidəndir
Dürdəndir, incidəndir
Dişlərin incidəndir
Dürdəndir, incidəndir
Özün əcəb qəşəngsən
Dilin can incidəndir
Özün əcəb qəşəngsən
Dilin can incidəndir
İncidəndir, incidəndir
Dilin can incidəndir
İncidəndir, incidəndir
Dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir

Eyvan güllü olaydı
Gül sünbüllü olaydı
Eyvan güllü olaydı
Gül sünbüllü olaydı
Kaş ki, sevdiyim oğlan
Şirin dilli olaydı
Kaş ki, sevdiyim oğlan
Şirin dilli olaydı
Şirin dilli, şirin dilli, şirin dilli olaydı
Şirin dilli, şirin dilli, şirin dilli olaydı
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Dilin, dilin, dilin can incidəndir